Çərşənbə , 15 Aprel 2026
Drone Cameras

Masallıda 9 kiloqram narkotik vasitə aşkarlanıb

Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi və satışına qarşı növbəti əməliyyat keçirilib.

DİN-in Mətbuat Xidmətindən  bildirilib ki, saxlanılan 31 yaşlı Fərid Mirzəyevdən 9 kiloqram marixuana aşkarlanaraq götürülüb.

O, ifadəsində narkotik vasitəni şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə əldə etdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb. F.Mirzəyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Check Also

Gədəbəy rayon İcra və probasiya şöbəsinin rəisi aliment pullarını mənimsəməkdə ittiham edilir

Gədəbəy rayon İcra və probasiya şöbəsinin rəisi Elxan Abbasov və sabiq icra məmuru Səbuhi Hüseynovun …