“McDonald’s”ın Azərbaycan nümayəndəliyi Azərbaycan Ordusunun düşmənə qarşı əks hücumlara başlamasından sonra sosial media hesablarında Ordumuza dəstək məqsədi ilə yaydığı postları və paylaşımları silib.
Azərbaycanda tanınmış və xeyli sayda müştərisi olan “McDonald’s”ın bu addımı narazılıqla qarşılanıb. Eyni addımı “Burgerking” şirkəti də atıb. Sosial şəbəkələrdə hər iki şirkətin boykot edilməsi ilə bağlı paylaşımlar böyük sürətlə yayılır.
Qeyd edək ki, adı çəkilən şirkətlər həmin paylaşımları ermənilərin kütləvi narazılığından sonra siliblər.
“McDonald’s”ın bu məsələ ilə bağlı verdiyi açıqlama da narazılığı aradan qaldırmaq üçün kifayət etməyib.
Şirkət paylaşımları silməsini “əsas amalımız insanları qida ilə təmin etməkdir” kimi absurd fikirlə izah etməyə çalışıb. (publika.az)