Cümə axşamı , 28 Mart 2024
Drone Cameras

Bərdədəki Olimpiya Mərkəzi ermənilər tərəfindən dağıdılıb

Bərdə şəhərindəki Olimpiya Mərkəzi Ermənistan silahlı qüvvələrinin artilleriya atəşləri nəticəsində dağıdılıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə Milli Olimpiya Komitəsi məlumat yayıb.

“Olimpiya dəyərlərinə zidd olan, Azərbaycan idman ictimaiyyətinə qarşı bu cür qəddar və qeyri-humanist hərəkətləri şiddətlə qınayırıq. Yaxınlarını itirən ailələrə başsağlığı və yaralılara isə şəfa diləyirik”, – paylaşımda bildirilib.

Qeyd edək ki, oktyabrın 28-də Ermənistan silahlı qüvvələrinin Bərdə şəhərindəki mülki şəxsləri və ticarət obyektlərini beynəlxalq hüquqla qadağan edilmiş kassetli raketlərlə vurması nəticəsində 21 nəfər ölüb, 70-ə yaxın şəxs yaralanıb.

Check Also

Ağalarovlardan terror qurbanlarına 100 milyonluq yardım – FOTO

“Mən və atam teraktdan zərərçəkənlər üçün 100 milyon köçürdük”. Boyukmillet.com bildirir ki, bu sözləri Xalq artisti …