Bazar , 23 Fevral 2025
Drone Cameras

MDB ölkələrinin XİN başçıları apreldə toplaşacaq

MDB Xarici İşlər Nazirləri (XİN) Şurasının aprel iclasının ilkin gündəliyinə 10 məsələ, o cümlədən xarici siyasətdə qarşılıqlı fəaliyyət proqramı daxildir.

Boyukmillet.com  Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu MDB-nin Baş katibi Sergey Lebedev Minskdə jurnalistlərə deyib.

Onun sözlərinə görə, XİN başçıları Birlik ölkələrinin diplomatik qurumları arasında, xüsusən də beynəlxalq platformalarda qarşılıqlı fəaliyyətin vəziyyətini müzakirə edəcəklər: “Gündəlikdə xarici siyasətdə qarşılıqlı fəaliyyətin intensivləşdirilməsi məsələsi var”.

S.Lebedev qeyd edib ki, iclasda növbəti iki il üçün Birlik ölkələrinin idman paytaxtları təsdiqlənəcək, MDB-nin əsas təşkilatları haqqında məsələlərə baxılacaq.

Check Also

Trump niyə Zelenskinin aktyorluğuna eyham vurur və onu yada salır?

Çünki Zelenski ABŞ-ın öz seçimidir. Zelenski bir aktyor kimi KQB Putini özünə ram etmişdi. Putin …