Bazar , 23 Fevral 2025
Drone Cameras

“Media haqqında” qanun layihəsindən bir maddənin çıxarılması təklif edilib

“Media haqqında” qanun layihəsindən bir maddənin çıxarılması təklif edilib.

Boyukmillet.com xəbər verir ki, bu təkliflə deputat Fazil Mustafa Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin bu gün keçirilən birgə iclasında “Media haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı çıxış edib.

O bildirib ki, layihədəki media savadlılığı ilə bağlı bənd aydın deyil: “Bunu media özü bilər. İstər savadlı olub pul qazana, istərsə də savadsız olub gözdən düşə bilər. Bunu ayrıca bir maddədə göstərməyin məntiqi yoxdur. Ona görə də hesab edirəm ki, 10-cu maddə (Media savadlılığı) qanun layihəsindən çıxarılmalıdır”.

Check Also

Azərbaycanın bir sıra xəbər saytlarına haker hücumu olub

Saytların özünü “hüseynçilər” adlandıran qrupun haker hücumuna məruz qaldığı bildirilir Azərbaycanda bir sıra xəbər saytlarının …