Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Media orqanları, QHT rəhbərləri və ictimai fəalların Ağdama səfəri başlayıb

Azərbaycanın bir qrup media orqanı və QHT rəhbərlərinin, blogerlərin, ictimai fəalların işğaldan azad olunmuş Ağdama səfəri başlayıb.

Boyukmillet.com-un xəbərinə görə, onları Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir.

Nümayəndə heyəti Baş Qərvənd kəndində dəmiryol ətrafında minatəmizləmə prosesi, Ağdamda ermənilərin hərbi istehkamları ilə tanış olacaqlar. Bununla yanaşı, səfərə Ağdam şəhəri ilə, o cümlədən tarixi, mədəniyyət abidələri ilə tanışlıq da daxildir.

Qeyd edək ki, səfərdə “Report” İnformasiya Agentliyinin baş redaktoru Murad Əliyev də iştirak edir.

Check Also

Sabahın hava proqnozu açıqlanıb

Bakıda və Abşeron yarımadasında oktyabrın 26-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz …