Şənbə , 28 Mart 2026
Drone Cameras

Mehriban Əliyeva Rəmişlə bağlı göstəriş verdi

Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Rafiq Hüseynov (Rəmiş) xəstəxanaya yerləşdirilib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Trend-ə gitara ifaçısının həyat yoldaşı Güllü Hüseynova məlumat verib.

Bakı Sağlamlıq Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilən Rəmiş, hazırda həkim nəzarətindədir.

Xanımın sözlərinə görə, Rəmişin müalicəsi Heydər Əliyev Fondu tərəfindən nəzarətə götürülüb. Güllü Hüseynova Rafiq Hüseynova göstərilən diqqətə görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib.

Check Also

YAP rayon sədrinin oğlu 3 milyonluq tenderin qalibi oldu

“Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC-nin keçirdiyi tenderin qalibi YAP rayon sədrinin oğlunun şirkəti …