Cümə , 27 Mart 2026
Drone Cameras

Mehriban Qaralova niyə cəzalandırılmır?!-Video

İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli, Abşeron rayon mərkəzi xəstəxanasının baş həkimi Mehriban Qaralova haqqında sərt tənqidi video çıxış edib.

O, çıxışında, Mehriban Qaralovanın bir müddət əvvəl, şəhidlərimizin anım mərasimində qırmızı geyimdə iştirak etməsinə sərt münasibət bildirib.

Samir Adıgözəlli bu hərəkətin milli mentalitetimizə yaraşmadığını, milli hessiyatımıza toxunduğunu, xalqın ciddi narazılıqlarına səbəb olduğunu bildirərək baş həkim Mehriban Qaralovanı qınayıb.

Eyni zamanda İSBAM sədri video çıxışında Abşeron rayon mərkəzi xəstəxanasında baş verən neqativ hallarla bağlı və M. Qaralovanın vəzifəsindən sui istifadə edərək yol verdiyi qanunsuzluqlar barədə çıxışında bildirib.

Boyukmillet.com olaraq sözü gedən video çıxışı sizlərə təqdim edirik:

Ayna Fərhad

Check Also

YAP rayon sədrinin oğlu 3 milyonluq tenderin qalibi oldu

“Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC-nin keçirdiyi tenderin qalibi YAP rayon sədrinin oğlunun şirkəti …