Bazar ertəsi , 9 Fevral 2026
Drone Cameras

Meksikanın neft emalı zavodunda partlayışlar olub, xəsarət alanlar var

Meksikanın şimal-şərqindəki Nuevo-Leon ştatındakı Kadereyte bələdiyyəsində neft emal zavodu ərazisində azı iki partlayış olub.

Boyukmillet.com xəbər verir ki, bu barədə regionun qubernatoru Xayme Rodriqes Kalderon özünün tvitterdəki səhifəsində bildirib.

O, qeyd edib ki, hadisə zamanı bir neçə işçi xəsarət alıb.

“Xilasetmə xidməti Kadereytedə neft emalı zavodunda qazın yığılmasına görə iki partlayışın qeydə alınması barədə bildirib. Mənə məlumat veriblər ki, hadisə zamanı 5 nəfər xəsarətlər alıb, onlar tibbi yardım üçün “Pemex” (dövlət neftqaz şirkəti-red) xəstəxanasına aparılıblar.

Hazırda müəssisədə vəziyyət nəzarət altındadır.

Check Also

Müəllimin güllələndiyi liseyin direktoru vəzifədən uzaqlaşdırıldı

Bakıda yerləşən “İdrak” liseyində baş verən və müəllimin güllələnməsi ilə nəticələnən hadisədən sonra təhsil müəssisəsinin …