Cümə axşamı , 2 Aprel 2026
Drone Cameras

Messinin Argentinanın Mar del Plata şəhərindəki heykəli dağıdılıb

Lionel Messinin Argentinanın Mar del Plata şəhərindəki heykəli dağıdılıb.

Boyukmillet.com Argentina mətbuatına istinadən xəbər verir ki, heykəli dağıdanlar millinin keçmiş futbolçusu Serxio Aqueranın abidəsinin ucaldılmasını tələb ediblər.

Messinin heykəli Argentina yığmasının 2022-ci ildə Qətərdəki dünya çempionluğuna həsr olunub.

Qeyd edək ki, 38 yaşlı Messi cari mövsüm ABŞ-nin “İnter Mayami” klubunda meydana çıxdığı 41 oyunda 38 qola və 23 məhsuldar ötürməyə imza atıb.

Check Also

İran Hörmüz boğazından istifadə ilə bağlı beynəlxalq razılaşmalara hazır olduğunu bəyan edib

İran Asiya, ərəb ölkələri və bəzi Avropa ölkələri ilə Hörmüz boğazından istifadə barədə razılaşmaların bağlanmasına …