Çərşənbə , 1 Aprel 2026
Drone Cameras

Metrodan istifadə edənlərin nəzərinə: Gələn ilin fevralına qədər…

Noyabrın 14-də “Həzi Aslanov” stansiyasında “ET-5M” markalı 2 saylı eskalator əsaslı təmirə dayandırılacaq.

Bakı Metropoliteni” QSC-dən  Boyukmillet.com-a verilən məlumata görə, eskalatorun təmiri, istismar qaydalarına uyğun olaraq, qaçış məsafəsi təlimat tələblərində göstərilmiş son texniki norma həddinə çatdığı üçün aparılacaq.

Təmirin gələn ilin fevral ayında başa çatdırılması və təhvil-təslim işlərindən sonra eskalatorun yenidən istismara verilməsi nəzərdə tutulub.

Bu müddət ərzində sərnişinlər digər iki eskalatorun xidmətindən istifadə edə biləcəklər.

“Bakı Metropoliteni” QSC müvəqqəti narahatlığa görə sərnişinlərdən üzr istəyir.

 

Boyukmillet.com

Check Also

Donald Tramp: İranın bərpası üçün ən azı 10 il tələb olunacaq

ABŞ və İsrailin İrana qarşı birgə əməliyyatı qrafikdən iki həftə irəli olmaqla davam etdirilir. Boyukmillet.com …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir