Bazar , 19 Yanvar 2025
Drone Cameras

MHP-nin sədr müavini: “Ermənistan öz rifahını düşünürsə, diplomatik danışıqlarda fəal olmalıdır”

“Ermənistan öz rifahını düşünürsə, diplomatik danışıqlarda fəal olmalıdır”.

Bu sözləri “Report”un Ankara bürosuna açıqlamasında Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədr müavini, Türkiyə Böyük Millət Məclisinin (TBMM) Ərzurum millət vəkili Kamil Aydın deyib.

Laçın və Zəngəzur dəhlizinin təkcə Cənubi Qafqaza və Azərbaycana deyil, Ermənistana da töhfə verəcəyini deyən deputat bildirib ki, Ermənistan dövlət və xalq olaraq rifaha qovuşmaq istəyirsə, gülləni öz ayağına sıxmamalıdır:

“Regionda sülhün və sabitliyin bərqərar olmasından, Cənubi Qafqaza qoyulan investisiyalardan Ermənistan daha çox faydalanacaq. Bu ölkənin öz əleyhinə addımlar atması erməni diasporasının və imperialist qərb dövlətlərinin fitvası ilə baş tutur”.

Deputat bu yaxınlarda Moskvada keçirilməsi planlaşdırılan üçtərəfli sammitdə Ermənistan xarici işlər nazirinin iştirak etməməsinə də mövqeyini bildirib:

“Diplomatik təşəbbüslər və üçtərəfli danışıqlarla əhatə olunan sülh prosesi bu yaxınlarda Moskvada keçirilməsi nəzərdə tutulan üçtərəfli sammitdə Ermənistan xarici işlər nazirinin iştirak etməməsi ilə dayandırılmağa çalışılıb”.

“Ermənistanın diplomatik danışıqlara getməməsi hələ də tarixdən lazımi dərs almadığının əyani göstəricisidir”-, K.Aydın deyib.

Check Also

Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası ilə əlaqədar istiqamətlər müəyyənləşib

Görüş Şahin Mustafayev və Mher Qriqoryanın sədrliyi ilə reallaşıb Yanvarın 16-da Azərbaycanla Ermənistan arasında dövlət …