Çərşənbə axşamı , 3 Mart 2026
Drone Cameras

Mikayıl Cabbarov Gəncədə sahibkarlarla görüşüb

İqtisadiyyat naziri Mikayıl Cabbarov Gəncə şəhərində və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarlarla görüşüb.

Boyukmillet.com xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

“Gəncə və ətraf rayonlarda qeyri-neft sənayesi üzrə fəaliyyət göstərən müəssisələrin nümayəndələri ilə səmərəli görüşümüz oldu. Qeyri-neft sənayesindəki inkişafı davam etdirmək, istehsal və ixracı artırmaq barədə sahibkarlarla müzakirələr apararaq sualları cavablandırdıq və təklifləri dinlədik”, – deyə o qeyd edib.

Check Also

İnvestisiya fəaliyyəti ilə bağlı MÜHÜM QANUN

Milli Məclisin bu gün keçirilən iclasında “İnvestisiya fəaliyyəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi …