Şənbə , 21 Sentyabr 2024
Drone Cameras

Mikayıl Cabbarov: “Türkdilli ölkələr pandemiya dövründə də bir-birinə dəstək verib”

“Türk Şurası çərçivəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlərin müzakirəsi əhəmiyyətlidir”.

Boyukmillet.com xəbər verir ki, bunu Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv ölkələrin iqtisadiyyat nazirlərinin 10-cu görüşündə azərbaycanlı nazir Mikayıl Cabbarov deyib.

“Ortaq dəyərlərə malik türk dövlətləri koronavirus (COVID-19) pandemiyası dövründə də bir-birinə dəstək verib. Bu gün pandemiyanın iqtisadiyyatımıza təsirinin azaldılması istiqamətində müzakirələr aparırıq”, – o bildirib.

Bundan başqa, M.Cabbarovun sözlərinə görə, bu ilin yanvar-iyul aylarında türkdilli ölkələr və Macarıstanın ticarət dövriyyəsinin dəyəri 2,6 milyard ABŞ dolları təşkil edib ki, bu da ümumi dövriyyənin 15%-i deməkdir”.

Check Also

Azərbaycan Özbəkistanla ticarət dövriyyəsinin artırılmasını müzakirə edib

Azərbaycan və Özbəkistan arasında ticarət dövriyyəsinin artırılması müzakirə edilib. Boyukmillet.com xəbər verir ki, qurumun icraçı …