Cümə , 22 Noyabr 2024
Drone Cameras

Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestri haqqında əsasnamə hazırlanacaq

Nazirlər Kabineti “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” qanunun 5.3-cü maddəsinə uyğun olaraq, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestri haqqında əsasnamə layihəsini üç ay müddətində hazırlayıb Prezident İlham Əliyevə təqdim etməlidir.

Boyukmillet.com xəbər verir ki, bu, dövlət başçısının bu gün imzaladığı “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” 2 dekabr 2022-ci il tarixli qanunun tətbiqi və “Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 26 iyun 2018-ci il tarixli fərmanda dəyişiklik edilməsi, “Kiçik sahibkarlığa dövlət köməyi haqqında” qanunun tətbiq edilməsi barədə” 4 avqust 1999-cu il tarixli fərmanın ləğv edilməsi haqqında fərmanda öz əksini tapıb.

Bundan başqa, fərmana əsasən, İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” qanuna uyğun olaraq mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestrinin yaradılmasını ölkə prezidentinin 12 sentyabr 2018-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları” nəzərə alınmaqla altı ay müddətində təmin etməli, həmin bazanın Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiyası üçün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə zəruri tədbirlər görməlidir.

Check Also

Azərbaycan şirkətləri Britaniyada keçiriləcək sərgiyə dəvət olunub

Azərbaycanın innovativ aqrotexnologiyalar sahəsində fəaliyyət göstərən şirkətləri 2025-ci ilin yanvarında Böyük Britaniyada keçiriləcək kənd təsərrüfatı …