Cümə axşamı , 9 May 2024
Drone Cameras

Milli Depozit Mərkəzinin Müşahidə Şurası yenidən formalaşdırılıb

Milli Depozit Mərkəzinin (MDM) Müşahidə Şurasına (MŞ) yeni sədr və sədr müavini təyin edilib.

Boyukmillet.com xəbər verir ki, bunlar, Azərbaycan Mərkəzi Bankının (AMB) Daxili audit departamentinin direktoru Elçin Əlizadə (sədr) və Kapital bazarı fəaliyətinə dair siyasət və nəzarət departamentinin direktoru Umeyra İbrahimovadır (sədr müavini).

Onlar MDM-in rəhbərliyində müvafiq olaraq AMB-nin Baş direktoru Əli Əhmədovu və Kapital Bazarlarına Nəzarət Siyasəti və Nəzarət Departamentinin direktor müavini Samir İsmayılovu əvəz edib.

MŞ-nın digər 2 üzvü isə əvvəlki qaydada “ABB-İnvest İnvestisiya Şirkəti” QSC-nin direktoru Nadir Babazadə və “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin Satış və treydinq bölməsinin rəhbəri Elçin Məmmədovdur.

Xatırladaq ki, MDM ölkə ərazisində qiymətli kağızların saxlanılması, onlar üzərində mülkiyyət və digər hüquqların uçotunu, habelə qiymətli kağızlarla bağlı əqdlərin qeydiyyatını aparan depozitar sisteminin işinin təşkili və əlaqələndirilməsi məqsədi ilə yaradılıb.

Check Also

AİB Rəhbərlər Şurası 2023-cü il üçün maliyyə hesabatlarını təsdiq edib

Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurası bu gün bankın 2023-cü il üçün maliyyə hesabatlarını və …