Cümə , 19 Aprel 2024
Drone Cameras

Milli Hərəkatçılar Birliyi öz varlığını elan etdi – SİYAHI

Avqustun 7-də  Rəsulzadə-Elçibəy Yoluna etiqadı olan, Azərbaycanda, eləcə də dünyanın müxtəlif ölkələrində yaşayan şəxslərdən ibarət Milli Hərəkatçılar Birliyi adlı İctimai-Siyasi Maarifçilik Hərəkatı təsis edildi. MHB-nin təsis bəyanatını təqdim edirik:


“Artıq yüz ildən çoxdur ki, Güneyli-Quzeyli Bütöv Azərbaycanda milli və insani haqlar uğrunda mübarizə gedir. Bu sürə boyunca xalqımız dəfələrlə ayağa qalxmış və öz milli iradəsini ortaya qoymuşdur. 1991-ci il 18 oktyabrdan bəri bağımsız Azərbaycan Respublikasının varlığı da bu milli iradənin son bəlirtisidir.   Xalqımız hər zaman milli dövlətçiliyin müstəqillik və milli hakimiyyət, azadlıq, ədalət, demokratiya dəyərlərini daim dəstəkləmiş və bəsləmişdir. Ancaq bu yöndə qarşımızı kəsən ciddi iç və dış əngəllər də az deyil. Qarabağ başda olmaqla işğal edilmiş ərazilərimiz, bir milyon qaçqın və köçkün sorunumuz, xalqın rifah səviyyəsinin acınacaqlı durumu, siyasi rejim və yönətimdəki yanlışlıqlar, təkəlçilik, korrupsiyaçılıq, getdikcə dərinləşən ideoloji boşluğun doğurduğu mənəvi böhran, çağa uyğun iqtisadi gəlişmənin yoxluğu vb.  problemlər qarşımızı kəsən əsas əngəllərdir.  Azərbaycanda gerçək bir vətəndaş fəallığının yayılıb ümummilli bir iradəyə çevrilməsi və dövlət-millət bütünləşməsi sorunlarımız içində özəl bir yer tutur. İnanırıq ki, dövlət-millət bütünləşməsi Millətimizin xoşbəxtliyi, Dövlətimizin qüdrəti, Vətənimizin ərazi bütövlüyü baxımından qaçılmaz bir zərurətdir.

Bu zərurətin dərindən dərk edilməsi isə xalq içərisində siyasi maarifçiliyin geniş yayılmasından asılıdır.  1988-ci ildə başlayan Milli Hərəkatın yüksəlişi siyasi maarifçilik yönündə önəmli gündəlik təcrübə və nəzəri bilik ortaya qoydu. İndi başlıca məsələmiz bu təcrübə və biliyin yeni nəsillərə ötürülməsidir. Ona görə də, Milli Hərəkatda yetişmiş yaşlı nəsildən və günümüzdə hərəkatçılıq ruhuna yiyələnmiş gənc nəsildən olan insanların bir kəsimi toplanaraq müzakirələr aparmış, ortaq görüş birliyinə gəlib müstəqil bir Milli Hərəkatçılar Birliyi (qısaca: MHB) adlı yeni bir ictimai-siyasi maarifçilik hərəkatı yaratmağa qərar vermişlər. MHB iki böyük yolbayın – M.Ə.Rəsulzadə və Ə.Elçibəyin qoyduğu milli yolda yürüməyi özünün qutsal görəvi bilən və böyük yolbay Ə.Elçibəyin öndərliyini biranlamlı olaraq qəbul edib VƏTƏN, MİLLƏT və DÖVLƏT uğrunda mübarizəyə xidmət edən insanların yaratdığı bir maarifçilik hərəkatıdır.    Milli Hərəkatçılar Birliyi İctimai-Siyasi Maarifçilik Hərəkatı (qısaca: MHB) Təşəbbüs Qrupunun üzvləri bildirir ki, MHB-nin başlıca hədəfləri Azərbaycanda milli dövlətçiliyin bütün atributlarının gerçəkləşməsi, o sıradan demokratik rejim, gerçək seçki yolu ilə seçiləcək milli hakimiyyət, bütöv, güclü Azərbaycanın bölgədə söz yiyəsi bir dövlətə çevrilməsi, xalqın rifah düzeyinin yüksəlməsi, Qarabağ başda olmaqla sorunlarımızın milli mənafeyimizə uyğun çözülməsi və ölkəmizdə barışın, sabitliyin yaranmasıdır. Bu hədəflərin gerçəkləşməsi vətəndaşlıq fəallığından birbaşa asılıdır və MHB Təşəbbüs Qrupu hesab edir ki, həmin vətəndaş fəallığına maarifçilik və dialoq yolu ilə yetmək mümkündür.  MHB yaşından asılı olmayaraq bütün milli hərəkatçıların üzünə açıqdır və onlar bu hərəkata qatılıb öz bacarıqlarına uyğun fəaliyyət göstərə bilərlər. 

Sayğılarımızla Milli Hərəkatçılar Birliyi İctimai-Siyasi Maarifçilik Hərəkatının Təşəbbüs Qrupu üzvləri: 

 
1. Arif Acaloğlu (MHB sözçüsü)

2. Ələsgər Siyablı

3. Arif Rəhimoğlu

4. Aydın Ələkbərli

5. Aydın Şükür

6. Ayvazalı Oruçlu

7. Aqil Səmədbəyli

8. Arzuman Cəfərov

9. Ağası Hun

10. Ahudar Qurbanov

11. Akif Borçalı

12. Abil Babaoğlu

13. Bayram Abbasov

14. Cavid Aydın

15. Dilavər Əzimli (Dr.)

16. Elçin Abdullayev

17. Eldar Sübhanverdiyev

18. Elmar Həsənli

19. Elnur Nazimoğlu

20. Elnur Paşa

21. Elşən Əlisoy

22. Etibar Qərib 

23. Əkbər Nəcəf (Dr.)

24. Əli Mustafa

25. Əmirağa Basqallı

26. Faiq Ələkbərli (Dr.)

27. Fəqan Yaqubov

28. Fərid Əlibəy

29. Hacı Zakir Quliyev

30. Hüseyn Əliyev

31. İlqar Salmanoğlu

32. İlyas Abdullayev

33. İsmixan Fərəcov

34. İsrafil Həsənov

35. Qələndər Muxtarlı

36. Qorxmaz İbrahimli

37. Mahmud Əhmədli

38. Mail Bağırov

39. Malik Bayramlı

40. Məzahir Məmmədov

41. Mirhadi Yusuflu

42. Müxrəddin Borçalı

43. Naib Ələkbərov

44. Namiq Talıbov

45. Natiq Ələsgərli

46. Nizami İsmayılbəyli

47. Nurəddin İsmayıl

48. Orxan Tağıyev

49. Oruc Muradov

50. Raqib İsmayıllı

51. Ramazan Aras

52. Rəhim Sulduzlu

53. Rəvan Bağırlı

54. Rüfət Muradlı

55. Seyid Mirfeyzulla

56. Səlim Muradov

57. Şahnaz Ələgərli

58. Şamil Məmmədli

59. Şeyda Nəsibli

60. Şəmsəddin Cəmiyev

61. Şəmsəddin Rəhimli

62. Telman Verdiyev

63. Teymur Eminbəyli

64. Təvəkkül Süleymanlı

65. Vaqif Almuradlı

66. Vəkil Şahbazlı

67. Vəli Hümmətoğlu

68. Vüqar Abdulla

69. Vüsal Əfəndi

70. Yasəmən Qaraqoyunlu

71. Yaşar Əsədov

72. Zahir Əlisoy

Check Also

DAK İdarə Heyəti toplandı: Təşkilatın güclənməsi üçün qərarlar verildi

Aprelin 14-də Dünya Azərbaycanlıları Konqresi İdarə Heyətinin onlayn toplantısı keçirilib. Azərbaycan, ABŞ, Türkiyə, Kanada və …