Bazar , 23 Fevral 2025
Drone Cameras

Milli Məclisin növbədənkənar sessiyası keçiriləcək

Bu gündən Azərbaycan Milli Məclisinin növbədənkənar sessiyası öz işinə başlayır.

Boyukmillet.com xəbər verir ki, parlamentin 59 deputatı Konstitusiyanın 88-ci maddəsinin II hissəsinə əsasən, növbədənkənar sessiyanın çağırılmasını tələb edib.

Bu tələbi nəzərə alan Milli Məclisin Sədri S.Qafarova avqustun 4-dən etibarən parlamentin növbədənkənar sessiyasının çağırılması haqqında sərəncam imzalayıb.

Növbədənkənar sessiyanın çağırılması ilə əlaqədar olaraq bu gün – avqustun 4-də Milli Məclisin Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin iclası keçiriləcək. Komitə iclaslarında 2020-ci ilin dövlət büdcəsinin zərfinə daxil olan məsələlər müzakirə olunacaq. Avqustun 5-i, 6-ı və 7-də isə Milli Məclisin plenar iclasları keçiriləcək.

Bundan əlavə, qanunvericiliyə uyğun olaraq, deputatlar avqustun 4-dən sessiyanın bitəcəyi tarixə qədər məzuniyyətdən geri çağırılıblar.

Qeyd edək ki, Milli Məclisin Daxili Nizamnaməsinə uyğun olaraq parlamentin üzvləri iyulun 15-dən avqust ayının 30-dək istirahətə buraxılmışdı.

Check Also

AQC-də yeni strukturlar yaradılıb və rəhbər vəzifələrə təyinatlar oldu

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyəti və rəhbər şəxslərinin 2025-ci ildə ilk birgə toplantısı keçirilib.   Boyukmillet.com …