Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb.
Boyukmillet.com xəbər verir ki, parlamentin növbəti toplantısı noyabrın 25-də keçiriləcək.
İclasın gündəliyinə 16 məsələ daxil edilib.
Bunlar aşağıdakılardır:
- “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi (ikinci oxunuş).
- “Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsi haqqında”qanun layihəsi (ikinci oxunuş).
- “İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi haqqında” qanun layihəsi (ikinci oxunuş).
- “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” qanun layihəsi (ikinci oxunuş).
- “Azərbaycan Respublikasında 2023-cü il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsi (ikinci oxunuş).
- Vergi Məcəlləsinə dəyişiklik layihəsi (ikinci oxunuş).
- Gömrük Məcəlləsinə dəyişiklik layihəsi (ikinci oxunuş).
- “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik layihəsi (ikinci oxunuş).
- “Sosial sığorta haqqında” qanuna dəyişiklik layihəsi (ikinci oxunuş).
- “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik layihəsi (ikinci oxunuş).
- Miqrasiya Məcəlləsinə dəyişiklik layihəsi (ikinci oxunuş).
- “Sosial müavinətlər haqqında” qanuna dəyişiklik layihəsi (ikinci oxunuş).
- Əmək Məcəlləsinə dəyişiklik layihəsi (ikinci oxunuş).
- “Tibbi sığorta haqqında” qanuna dəyişiklik layihəsi (ikinci oxunuş).
- “Büdcə sistemi haqqında” qanuna dəyişiklik layihəsi (ikinci oxunuş).
- “Nağdsız hesablaşmalar haqqında” qanuna dəyişiklik layihəsi (ikinci oxunuş).