Cümə , 22 Noyabr 2024
Drone Cameras

Milli ordumuzun hərb tarixində Batalyon komandirinin müavini vəzifəsinə yüksəlmiş ilk Azərbaycan qadını Aidə Şirinovanın namizədliyi qeydə alınıb. 

Bu haqda saytımıza Aidə Rəcəb qızı Şirinovanın səlahiyyətli nümayəndəsi filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbova açıqlamasında bildirib. 

İlhamə Qəsəbova qeyd edib ki, Aidə Şirinovanın 12 saylı Qaradağ-Binəqədi-Yasamal Dairə Seçki Komissiyası (DSK) tərəfindən bitərəf olaraq namizədliyi qeydə alınıb. 

Şirinova Aidə Rəcəb qızı 1959-cu ildə Yevlax rayonunda anadan olub.  1966-cı ildə Bərdə şəhər N.Nərimanov adına 3 nömrəli orta məktəbə gedib. 1977 ci ildə Azərbaycan Dövlət İdman Akademiyasına əla qiymətlərlə daxil olub. Uşaq yaşlarından rayon tədbirlərində, məktəbin ictimai işlərində çox fəal iştirak edib.

     İnstitutu bitirdikdən sonra rayon Uşaq Gənclər İdman məktəbində metodist vəzifəsində çalışıb. 

      Aidə Şirinova çox vətənpərvər, xalqını, torpağını sevən bir Azərbaycan vətəndaşıdır.   Azərbaycanda gedən müharibə, savaş, dost bildiyimiz mənfur düşmənlərin amansızlıqlarına arxa cəbhədə dözə bilmir 1992-ci ildə Xocalı soyqırımından sonra   Qarabağ müharibəsində qardaşlarının yanına döyüşə gedir. “Qaqa” ləqəbi ilə tanınır. 

        Müdafiə Nazirliyinin 733 nömrəli hərbi hissəsində idman xidməti rəisi, əsgərlərin sosial müdafiəsi üzrə  komandir müavini vəzifəsində xidmətdə olub.  

Azərbaycanın hərb tarixində Batalyon komandirinin müavini vəzifəsinə yüksəlmiş ilk Azərbaycan qadınıdır.  

1993-cü il yanvarın 1-dən Şuşa rayon polis şöbəsində, 1994-cü il mart ayından isə Ağdərə rayon polis şöbəsində baş leytenant olaraq xidmət edib. 

Xidmət etdiyi müddətdə Şuşa və Ağdərə polis şöbələrinin şəxsi heyyəti ilə birlikdə torpaqlarımızın bütövlüyü uğrunda Yuxarı Qarabağda gedən döyüşlərdə, Tərtər rayonun müdafiəsində, o cümlədən keçmiş Şaumyan [hazırki Goranboy], Gülüstan, Talış, Marağa, keçmiş Marquşavan [hazırki Şıxarx], Həsənqaya, Aşağı-Yuxarı Çaylı, Ağdərə rayonunun  alınmasında və Qırmızı kənd, Kasapet, Dəmirli, Orta kənd, Dranbon, Çıldıran yaşayış məntəqələrinin erməni hərbi birləşmələrindən təmizlənməsində iştirak edib. 

1998-ci ilə qədər Ağdərə rayon Marquşavan kəndində yerləşən Ağdərə polis şöbəsində xidmətini davam etdirib. 

1998-ci ildən Qaradağ rayon Polis idarəsində pasport qeydiyyat şöbəsində baş inspektor vəzifəsində, 2008-ci dən Nəsimi rayon polis idarəsinin 21-ci polis bölməsində, 2014-cü ildən Qaradağ rayon polis idarəsində xidmət aparıb. 

         Aidə Şirinova 1998-ci ildən, yəni Ordudan tərxis olunduğu vaxtdan bu günə kimi Qaradağ rayon Lökbatan qəsəbəsində yaşayır.

Check Also

Ukraynada yaşayan Azərbaycan vətəndaşlarına xəbərdarlıq edilib

Qərar “ATACAMS” raketlərinə icazədən sonra verilib Azərbaycanın Ukraynadakı səfirliyi bu ölkədə yaşayan Azərbaycan vətəndaşlarına təhlükə …