Bazar , 11 Yanvar 2026
Drone Cameras

Millimizin məşqçisi “Neftçi”nin oyununu izləyəcək

Futbol üzrə Azərbaycan millisinin məşqçisi Arif Əsədov Gürcüstana yollanıb.

Boyukmillet.com xəbər verir ki, 51 yaşlı mütəxəssis yığmanın baş məşqçisi Canni De Byazinin göstərişinə əsasən, “Neftçi”nin Tbilisidə “Dinamo”ya qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyununu izləyəcək.

Qeyd edək ki, iyulun 7-də Boris Payçadze adına “Dinamo Arena”da gerçəkləşəcək qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Check Also

Azərbaycan dünya çempionatında 11 boksçu ilə təmsil olunacaq

3-13 dekabr aralığında Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək dünya çempionatında Azərbaycanı 11 boksçu təmsil …