Cümə axşamı , 28 Mart 2024
Drone Cameras

MİLYONÇU İŞ ADAMI YAP-ın DEPUTAT SİYAHISINDA – O, başqa bir iş adamını əvəz edəcək

Yeni Azərbaycan Pariyasının (YAP) 2020-ci il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərinə təqdim etdiyi namizədlər siyahısında nəzərləri cəlb edən dairələrdən biri də 70 saylı Masallı şəhər seçki dairəsidir.

Milli Məclisin YAP-çı deputatı Nəriman Əliyevin əvəzinə sözügedən dairədən Məşhur Şahbaz oğlu Məmmədovun namizədliyini irəli sürüb.

Məşhur Məmmədov əslən Masallı rayonunun Yeddioymaq kəndindəndir və adı kimi məşhur “Embavud” şirkətinin rəhbəri olub.

2010-cu ildən şirkət ikinci ev mebeli brendi – “Madeyra”nı bazara çıxarıb və hazırda bu brend altında 70-dən çox mağazası var.

“Embavud”un Azərbaycanda və MDB ölkələrində çoxlu sayda fabrik və satış mərkəzləri mövcuddur. Şirkətin Azərbaycan, Gürcüstan və Ukraynada fabrikləri fəaliyyət göstərir. Azərbaycanda 52, Qazaxıstanda 26, Gürcüstanda 21, Ukraynada 20 mağazası var.

Hazırda “Embavud” şirkətinə rəhbərliyi Elşad Abbasov həyata keçirir.

“AzPolitika.info” xatırladır ki, 70 saylı Masallı Seçki Dairəsindən hazırkı deputatı Nəriman Əliyev də  böyük biznes şəbəkəsinə malikdir. Mətbuatda yayılan məlumatlara görə, N.Əliyev aşağıdakı biznes obyektlərinə sahib olub. 

1. “Ştutqart” mağazalar şəbəkəsi
2. “Karkaz” avtomobil ehtiyat hissələrinin topdan satış mərkəzi
3. “Masallı” Konserv Zavodu
4. İrandan ixrac olunan xurma monopolisti
5. “Nur – M” şirkəti
6. Masallı rayonunda “İstisu”da bir neçə istirahət mərkəzi
7. Masallı kərpic zavodu (Fəxrəddin adlı sahibkarla şərikli)
8. “Karqo” şirkəti və s.

Bu şirkətlərin ay ərzində dövriyyəsi on milyonlarla ölçülür.

Qeyd edək ki, ötən il N.Əliyevin ürəyində 9 saat davam edən çox ağır əməliyyat keçirilib. 

Check Also

Ağalarovlardan terror qurbanlarına 100 milyonluq yardım – FOTO

“Mən və atam teraktdan zərərçəkənlər üçün 100 milyon köçürdük”. Boyukmillet.com bildirir ki, bu sözləri Xalq artisti …