Cümə , 19 Aprel 2024
Drone Cameras

Mingəçevir və Şəmkirin içməli su təminatı yaxşılaşdırılacaq

2022-ci ildə Mingəçevir və Şəmkirdə tullantı su şəbəkəsinin genişləndirilməsi, yay aylarında içməli su təchizatında sabitliyin təmin edilməsi ilə bağlı müzakirələr keçirilib.

Boyukmillet.com xəbər verir ki, bu sahədə görülmüş işlər və perspektiv vəzifələr Mingəçevir və Şəmkir şəhərlərində keçirilən təqdimatlar zamanı ətraflı müzakirə olunub.

“Azərsu” ASC-nin şöbə rəisi Şöhrət Süleymanov təqdimat zamanı bildirib ki, Mingəçevir şəhərində icra olunan layihə 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Mingəçevir şəhərində 151 min nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Mingəçevir şəhərini içməli su ilə təmin etmək üçün məhsuldarlığı sutkada 55 min kubmetr olan müasir tipli qum süzgəcli təmizləyici qurğu və tutumu 10 min kubmetr olan su anbarı tikilib. Layihə çərçivəsində 344 km içməli su şəbəkəsinin inşası yekunlaşıb, 236 km kanalizasiya şəbəkəsinin isə 130 km-lik hissəsi inşa edilib.

Tədbirdə 2022-ci ildə Mingəçevir şəhərində tullantı su şəbəkəsinin tikintisinin davam etdirilməsi, tullantı sutəmizləyici qurğunun inşası ilə bağlı məsələlər ətraflı müzakirə olunub.

Şəmkir Rayon İcra Hakimiyyətində keçirilən təqdimatda qeyd olunub ki, Şəmkir şəhərində 47 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanmış layihə çərçivəsində ötən müddətdə su mənbələri yaradılıb, magistral su kəmərləri, anbarlar inşa olunub. Şəhərdə 251 km içməli su şəbəkəsinin tikintisi başa çatıb, 225 km tullantı su xətlərinin 175 km-lik hissəsi tikilib. Şəhərdə yaranan tullantı suları gələcəkdə tikiləcək, məhsuldarlığı sutkada 10 min kubmetr olan tullantı sutəmizləyici qurğuda təmizlənib kənarlaşdırılacaq.

Check Also

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yeni layihənin icrasına başlayıb

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Bakıətrafı qəsəbələrdə əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə yeni layihənin …