Cümə , 9 May 2025
Drone Cameras

Mirziyoyev Qaraqalpaqda iğtişaşlar zamanı xəsarət alanlardan danışıb

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev iyulun 1-də və 2-də Qaraqalpaq Respublikasında iğtişaşlar zamanı dinc əhali və təhlükəsizlik qüvvələri arasında xəsarət alanlar barədə məlumat verib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Mirziyoyevin mətbuat katibi Şerzod Əsədov bildirib.

“Təəssüf ki, dinc sakinlər və hüquq-mühafizə orqanlarının əməkdaşları arasında zərərçəkənlər var”, – dövlət başçısı deyib.

Mirziyoyev Qaraqalpaqda baş verən son iğtişaşları ölkənin ərazi bütövlüyünü pozmaq cəhdi adlandırıb.

“Vətəndaşların demokratik prinsiplər və hüquqi normalar əsasında öz fikir və iradəsini sərbəst ifadə etmələri üçün yaradılan şəraitə baxmayaraq, bəzi bədxah qüvvələr etiraz bəhanəsi ilə təcavüz və zorakılıq yolunu seçərək Özbəkistanda sabitliyi pozmağa çalışırlar”, – Özbəkistan Prezidenti əlavə edib.

Check Also

ABŞ Energetika Nazirliyi: Amerika termonüvə bombalarının seriyalı istehsalına başlayır

Birləşmiş Ştatlar mayın sonlarında – qrafikdən təxminən bir il tez ən yeni B61-13 termonüvə aviabombalarının …