Bazar ertəsi , 1 İyul 2024
Drone Cameras

Mirzoyan: Azərbaycanla sülh sazişi regionda sabitliyin bərqərar olması üçün vacibdir

Cənubi Qafqazda sabit sülhün bərqərar olması üçün Azərbaycanla sülh sazişi vacibdir.

Boyukmillet.com xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan albaniyalı həmkarı İqli Hasani ilə görüşündə deyib.

Görüş Xorvatiyada keçirilən “Dubrovnik” forumu çərçivəsində baş tutub.

A.Mirzoyan Ermənistanla Azərbaycan arasında münasibətlərin qurulması prosesi barədə həmkarına məlumat verib.

Bundan əlavə, həmsöhbətlər iki ölkə arasında siyasi dialoqun genişləndirilməsinə, eləcə də müxtəlif sahələrdə əməkdaşlıq imkanlarının həyata keçirilməsinə yönəlmiş ikitərəfli gündəliyə aid məsələləri müzakirə ediblər.

Çoxtərəfli platformalarda qarşılıqlı fəaliyyət məsələləri barədə fikir mübadiləsi aparılıb.

Check Also

Polineziya partiyasının rəhbərliyi Azərbaycana göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib

Fransanın dənizaşırı ərazisi olan Polineziyanın suverenliyi uğrunda mübarizə aparan “Polineziyanın Azadlığı Uğrunda Müstəqil Cəbhə”nin (Tavini …