Bazar , 19 Yanvar 2025
Drone Cameras

MKİ rəhbərinin müavini Qətərdə taliblərlə görüşüb

ABŞ administrasiyasının yüksək səviyyəli rəsmiləri Qətərin paytaxtı Doha şəhərində radikal “Taliban” hərəkatının üzvləri ilə görüşüb.

Boyukmillet.com xəbər verir ki, bu barədə iki məmura istinadən “CNN” məlumat yayıb.

Qeyd olunub ki, Amerika nümayəndə heyətinə, xüsusən də Mərkəzi Kəşfiyyat İdarəsinin direktor müavini Devid Koen və Əfqanıstan üzrə xüsusi nümayəndə Tomas Uest daxil olub.

“Taliban”lara isə kəşfiyyat agentliyinin rəhbəri Molla Əbdül Haq Vasik rəhbərlik edib. Telekanal qeyd edib ki, bu, avqustun sonunda Kabildə Əl-Qaidə terror təşkilatının lideri Ayman əl-Zəvahirinin öldürülməsindən sonra ABŞ və “Taliban” arasında ilk şəxsi təmasdır.

Check Also

ABŞ Konqresinin üzvləri 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanatlar yayıblar

ABŞ Konqresində Azərbaycan üzrə İşçi Qrupun həmsədrləri – Nümayəndələr Palatasında Tenessi ştatını təmsil edən Demokratlar …