Bazar ertəsi , 7 Aprel 2025
Drone Cameras

MM-in komitə sədri: “Heç kim bizi doğru bildiyimiz yoldan döndərə bilməyəcək”

“Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən xain terror hücümunu şiddət və hiddətlə qınayırıq. Heç kim və heç nə bizi doğru bildiyimiz yoldan döndərə bilməyəcək”.

Komitə sədrinin sözlərinə görə, ölkəmizə qarşı yönələn bu alçaq hücumu törədənlər və bunu planlaşdıranlar bilməlidir ki, Azərbaycan dövləti və xalqı kimlikləri xurafatdan, cahillikdən və satqınlıqdan yoğrulmuş qüvvələrə qarşı hər zaman mübarizə aparıb və bu mübarizələrdən də hər dəfə qalib çıxıb:

“Heç kim və heç nə bizi doğru bildiyimiz yoldan döndərə bilməyəcək. Onlar heç zaman cəzasız qalmayacaq”.

T.Mirkişili eyni zamanda son zamanlar ölkəmiz və xalqımıza qarşı İranda nifrət toxumu səpən qüvvələrə göz yuman, onlara şərait yaradan, milli-dini dəyərləri tapdalayan İran hökumətini isə bir daha bu yoldan dönməyə çağırıb.

Check Also

Bakı mina partlayışı ilə əlaqədar beynəlxalq ictimaiyyəti İrəvanı məsuliyyətə cəlb etməyə çağırıb

Azərbaycanın Xarici İşlər Nazirliyi mina partlayışı ilə əlaqədar beynəlxalq ictimaiyyəti hərəkətə keçməyə çağırıb. Boyukmillet.com .xəbər …