Bazar ertəsi , 12 Yanvar 2026
Drone Cameras

MM-in yaz sessiyasının işləri planına daxil edilmiş 6 layihə qəbul edilməyib – SİYAHI

Milli Məclisin yaz sessiyasının qanunvericilik işləri planına daxil edilmiş 6 qanun layihəsi qəbul edilməyib.

Boyukmillet.com-un xəbərinə görə, parlamentin 2022-ci il yaz sessiyasının qanunvericilik işləri planına daxil edilən aşağıdakı qanun layihələri Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılmayacaq:

– “Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsi;

– “Qiymətləndirmə fəaliyyəti haqqında” qanun layihəsi;

– “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi;

– “Ali təhsil haqqında” qanun layihəsi;

– “Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihəsi;

İşlər planına daxil edilmiş “Lombardlar haqqında” qanun layihəsi də yaz sessiyasında üçüncü oxunuşda müzakirəyə çıxarılmayacaq.

Qeyd edək ki, Milli Məclisin yaz sessiyası fevralın 1-də başlayır və mayın 31-dək davam edir.

Check Also

Milli Məclis elektron siqaretlərin qadağası ilə bağlı layihəni ilk oxunuşda qəbul edib

Milli Məclis elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı, …