Şənbə , 13 Dekabr 2025
Drone Cameras

MN: Sərhədin Tovuz istiqamətində vəziyyət Azərbaycan Ordusunun tam nəzarəti altındadır

“Hazırda Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində vəziyyət ordumuzun tam nəzarəti altındadır”.

Boyukmillet.com xəbər verir ki, bunu iyulun 21-də keçirilən mətbuat konfransında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı deyib.

O bildirib ki, düşmən təxribatının qarşısını alarkən hərbi qulluqçularımızdan yaralananlar da var: “Hazırda onların müalicələri davam edir. Bəzi KİV nümayəndələri yaralı hərbçilərimizə baş çəkmək istəyirlər. Pandemiya dövründə xəstəxanalara baş çəkmək qadağan olunub. KİV təmsilçilərinin bunu nəzərə almalarını xahiş edirəm”.

Check Also

DSX-nin hərbi qulluqçusunun güllələnərək öldürüldüyü bildirilir

Dövlət Sərhəd Xidmətinin (DSX) Yardımlı rayonunda yerləşən N saylı hərbi hissəsində xidmət edən hərbi qulluqçunun …