Çərşənbə , 8 Aprel 2026
Drone Cameras

Moldova Azərbaycanın köməyi ilə qaz tədarükünü şaxələndirmək istəyir

“Rəsmi Kişinyov azərbaycanlı investorları cəlb etməkdə və Bakının hesabına qaz təchizatı mənbələrinin şaxələndirilməsində maraqlıdır”.

Boyukmillet.com xəbər verir ki, bunu Moldovanın Baş nazirinin müavini və xarici işlər naziri Niku Popesku “Telegram” kanalında bildirib.

O, Kişinyovda Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov ilə görüşüb.

“Mən Moldovanın birgə layihələrin həyata keçirilməsi üçün ölkəyə mümkün qədər çox azərbaycanlı investor cəlb etməkdə maraqlı olduğunu vurğuladım. Ölkəmiz təbii qazın tədarükü mənbələrinin və marşrutlarının şaxələndirilməsində maraqlıdır”-deyə, o bildirib.

Moldova Baş nazirinin müavini iki ölkə arasında diplomatik əlaqələrinin qurulmasından sonra əldə olunan nəticələri yüksək qiymətləndirib, həmçinin Kişinyovun Bakı ilə enerji, iqtisadi və kənd təsərrüfatı sahələrində əməkdaşlığın inkişafına açıq olduğunu bəyan edib.

Bundan əlavə, tərəflər Moldova ilə Azərbaycan arasında beynəlxalq və regional təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyət mövzusuna da toxunublar.

Check Also

Müharibə və neftin bahalaşması qlobal ərzaq qiymətlərini artırır, əkin sahələri isə azalır

Mart ayında dünya bazarında ərzaq məhsullarının qiymətləri artıb. Bu artım əsasən Yaxın Şərqdə münaqişənin kəskinləşməsi …