Bazar , 11 Yanvar 2026
Drone Cameras

Moldova parlamentində axtarış aparılır

Moldova İnformasiya və Təhlükəsizlik Xidməti və prokurorluq orqanları əməkdaşları parlament binasında axtarış aparırlar.

Boyukmillet.com xəbər verir ki, bu barədə Təhlükəsizlik Xidmətinin mətbuat katibi Daniela Mınzat brifinqdə bildirib.

“Hazırda Cinayətkarlıqla mübarizə və xüsusi işlər üzrə Prokurorluğun rəhbərliyi ilə cinayət işi üzrə prosessual hərəkətlər həyata keçirilir”, – o qeyd edib.

Bundan əvvəl yerli KİV axtarışın parlamentin hüquq departamentinin rəhbəri İon Kreanqanın ofisində aparıldığını yazıb.

Check Also

Tehrandan Trampa açıq hədələmə: “İsrail və ABŞ bazaları qanuni hədəf olacaq”

İran hakimiyyəti ABŞ-a sərt xəbərdarlıq edib. Boyukmillet.com xəbər verir ki, İran parlamentinin spikeri Məhəmməd Bağır …