Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Moldova Prezidenti MDB-nin qeyri-rəsmi zirvə görüşündə iştirak etməyəcək

Moldova Prezidenti Maya Sandu Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək Müstəqil Dövlətlər Birliyinin qeyri-rəsmi zirvə görüşündə iştirak etməyəcək.

“Mən bu zirvə görüşünə getməyəcəyəm. Bu cür tədbirlərə getməzdən əvvəl biz ölkə üçün gündəliyin aktuallığını təhlil edirik. MDB kontekstində bizi əsasən iqtisadi məsələlər maraqlandırır. Mən rəsmi dəvət almamışam və hətta zirvə toplantısının gündəliyi ilə tanış deyiləm”, – deyə M.Sandu bildirib.

Qeyd edək ki, dekabrın 28-də Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə ənənəvi olaraq MDB üzv ölkələrinin dövlət və hökumət başçılarının qeyri-rəsmi görüşü keçiriləcək.

Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı, Belarus Prezidenti Aleksandr Lukaşenko, Ermənistan baş naziri Nikol Paşinyan, Qazaxıstan Prezidenti Kasımcomərt Tokayev, eləcə də ilk prezident, Elbaşı Nursultan Nazarbayev, Qırğız Respublikası Prezidenti Sadir Caparov, Özbəkistan Prezidenti Şovkat Mirziyayev, Tacikistan Prezidenti İmaməli Rəhman, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov iştirak edəcək.

Check Also

İranda hicaba etiraz edərək soyunan tələbənin sərbəst buraxıldığı bildirilir

Ədliyyə rəsmisi onun ailəsinə təhvil verildiyini açıqlayıb Tehran Azad Universitetinin həyətində məcburi hicab qaydalarına etiraz …