Bazar ertəsi , 24 Fevral 2025
Drone Cameras

Moldova və Fransa müdafiə sahəsində əməkdaşlıq sazişi bağlayacaq

Moldova və Fransa müdafiə sahəsində əməkdaşlıq haqqında yeni saziş bağlayacaq.

Boyukmillet.com xəbər verir ki, bu barədə Moldova parlamentinin Xarici siyasət və Avropaya inteqrasiya komissiyası qərar qəbul edib.

Yeni müdafiə sazişinin bağlanması təşəbbüsü Fransa tərəfdən gəlib. Bu barədə Avropa Siyasi Birliyinin iyunda Moldovada keçirilmiş ikinci sammitinin yekunları üzrə elan edilib.

Moldova və Fransa arasında müdafiə sahəsində ilk əməkdaşlıq sazişi 1998-ci ildə imzalanıb. Parlament komissiyasının fikrincə, həmin saziş artıq iki ölkə arasında qarşılıqlı fəaliyyətin müasir məsələlərinin bütün spektrini əhatə etmir və buna görə də yeni sazişin bağlanılmasına təşəbbüs göstərilib.

Sənədin müdafiə siyasəti, planlaşdırma, silahlı qüvvələrdə islahatlar kimi sahələrdə iki ölkənin müdafiə nazirliklərinin qarşılıqlı fəaliyyətini tənzimləyəcəyi, həmçinin təcrübə mübadiləsini asanlaşdıracağı gözlənilir. Yeni saziş çərçivəsində hökumətlər hər il ikitərəfli əməkdaşlıq planını tərtib etməli olacaqlar, bu plan üzrə həyata keçiriləcək tədbirləri və onlarda iştirak edəcək şəxslərin sayını göstərməli olacaqlar.

Müqavilənin qeyri-müəyyən müddətə bağlanması planlaşdırılır.

Check Also

Ərdoğan Putin qarşısında ŞƏRT QOYDU: Lavrova verilən SƏRT CAVAB – Türkiyə prosesin MƏRKƏZİNDƏ!

*Ukrayna üçün şad xəbər: Almaniya “qayıtdı” *Rusiyadan uçan daha bir təyyarə geri qayıtdı *Xersonda ardıcıl …