Bazar ertəsi , 23 Mart 2026
Drone Cameras

“Molla Nəsrəddin lətifələri” kitabı ingilis dilində çap olunub

Türk xalqlarının ortaq ədəbi irsi olan Molla Nəsrəddin lətifələri Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ilk dəfə olaraq ingilis dilində toplu halında dərc olunub.
Bu barədə “Report”a nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, toplunu ingilis dilinə uzun illər Azərbaycanda yaşamış kanadalı tərcüməçi Allen Hossini çevirib.
Tanınmış rəssam Vüqar Əlinin məxsusi illüstrasiyalar çəkdiyi kitab “Efendi” Nəşriyyat Evi tərəfindən yüksək poliqrafik keyfiyyətlə çap olunub.
Yerli oxucular tabeçilikdə olan kütləvi kitabxanalarda “Molla Nasraddin Anecdotes” kitabı ilə tanış ola bilərlər. Kitab Mədəniyyət və Turizm Nazirliyinin iştirak etdiyi beynəlxalq kitab sərgilərində dünya oxucusuna təqdim olunacaq.

Check Also

İran Trampın Hörmüz boğazının açılması ilə bağlı ultimatumuna cavab verib

İran Silahlı Qüvvələri Vaşinqton İslam Respublikasının elektrik stansiyalarına hücum etmək qərarına gələcəyi təqdirdə, Birləşmiş Ştatların …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir