Cümə axşamı , 21 Noyabr 2024
Drone Cameras

“Moskva Ermənistan vasitəsi ilə Azərbaycana təzyiqlərini artırır”

Rusiya Ermənistanı həm də bölgəyə nəzarət etmək üçün yaradıb. Son günlər ona yeni silah və texnika verməklə bu niyyətini bir daha təsdiqləyib. Rusiya Ermənistan vasitəsi ilə Azərbaycan və Gürcüstana, Türkiyə və İrana, habelə Yaxın və Orta Şərqə nəzarət edir. 102 saylı baza daha çox buna xidmət edir. Ancaq Moskvanın bu silah və texnikanı Ermənistandakı 102 saylı hərbi bazasına verdiyi istisnadır. Çünki Kreml bu hərbi hissəni ən yüksək texnologiyalı silah və texnika ilə çoxdan təchiz edib. Onda sual yaranır Rusiya Ermənistanı niyə belə sürətlə silahlandırır? Çünki 102 saylı baza həm Rusiyanı, həm də Ermənistanı xarici təcavüzdən qorumaq məqsədi ilə yarandığından ermənilər üçün qurulmuş dövlətin belə silah və texnikaya ehtiyacı yoxdur. Başqa bir tərəfdən isə Ermənistanın həmin silahları almaq üçün o məbləğdə maliyyə vəsaiti yoxdur. Çünki koronavirusa qarşı mübarizə aparmaq üçün rəsmi Yerevan beynəlxalq ictimaiyyətə müraciət edib.

Ona görə Rusiyanın bu əməlindən aşağıdakı nəticələrə gəlmək olar:

-Moskva Ermənistan vasitəsi ilə Azərbaycana təzyiqlərini bu yolla da artırır;

-Rusiya Cənub Qafqazda silah yarışını gücləndirməyə çalışır. Azərbaycanı Rusiyadan yeni silah almağa təhrik edir;

-Rusiya Ermənistanı silahlandırmaqla işğalçını gücləndirir və bununla da Qarabağ münaqişəsinin sülh yolu ilə həllini əngəlləyir;

-Kreml Azərbaycanın işğal altında olan Qarabağ bölgəsinin azad olunmasını istəmir və ATƏT-in Minsk Qrupunun həmsədri kimi üzərinə düşən vasitəçilik missiyasına zərbə vurur;

-Ermənistandakı Rusiyayönlüləri gücləndirir;

-ABŞ İrana qarşı silah satışı sanksiyasını qüvvədə saxlayıb. Rusiya müttəfiqi saydığı Tehran hakimiyyətinə Ermənistan vasitəsi ilə həmin hava hücumundan müdafiə texnikasını ötürür;

-Rusiya Ermənistanda ABŞ-dan güclü olduğunu bir daha nümayiş etdirir;

-Ermənistan Suriyada Rusiya ilə birlikdə fəaliyyət göstərir. Bu baxımdan Ermənistandan Suriyaya göndərilən hərbçilərə Bəşşər Əsədə bu yolla silah və texnika aparır;

-Rusiyanın maliyyə vəziyyəti günü-gündən ağırlaşır. Ermənistan üçün “Qazprom” və “VTB”-nin maliyyə vəsaiti azlıq edir. Odur ki, rəsmi Yerevanı silah alverinə cəlb etmək ən optimal vasitə sayıla bilər. Bu yaxınlarda Ermənistanın baş naziri Nikol Paşinyanın adı silah qaçaqmalçılığında hallanıb. Bundan başqa silah alverçiliyinə görə əvvəllər məhkum olunmuş Samvel Babayana Qarabağda separatçı rejimdə “vəzifə” verilib. Başqa bir silah alverçisi isə əvvəllər məhkum olunmuş, yerli silah tacirləri arasında məşhur olan Jirayr Sefilyandır. Bu taciri də Paşinyan həbsdən azad edib. O əvvəllər İrana silah satışı şəbəkəsində iştirak edib. Rusiya Paşiyan-Babayan-Sefilyan üçlüyü vasitəsi ilə silah satışını təşkil edə, əldə edilən gəliri isə Ermənistanla bölə bilər və s.

Ermənistanın əlini gücləndirən Rusiya Gürcüstanı da hədələyir. Çünki Cavaxetiya erməniliyin əsas hədəflərindən sayılır. Gec-tez bu bölgədə münaqişə bölgəsinə çevrilə bilər…

Bütün bunlar Rusiyanın dəyişmədiyini bir daha sübut edir. O, Qafqaza heç vaxt dinclik gətirməyib. Ermənistanın yaradılması, Qarabağın işğalı, Cənubi Osetiya, Abxaziya və s. buna örnəkdir.

Sədrəddin İsmayılov

Siyasi şərhçi

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …