Çərşənbə axşamı , 23 Aprel 2024
Drone Cameras

Elmar Məmmədyarovun yerinə 3 namizəd var – AÇIQLAMA

“Ermənistanin xarici işlər naziri Zöhrab Mnatsakanyan yenidən Qarabağa işğal altındakı ərazilərimizə gəlib. O Qarabağdakı separatçı rejimin rəhbərliyi ilə görüşüb. Bildirilir ki, Xankəndindəki müzakirələrin əsas predmeti Azərbaycan xarici işlər naziri və həmsədrlərlə son videokonfransdakı müzakirələr olub.
Azərbaycanda isə DTX məlumat yayıb ki, “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bəzi vəzifəli şəxslərinin öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş məlumatlar əsasında istintaq-əməliyyat tədbirləri həyata keçirilir”.
Ayının min oyun var, bir armudun başında. Görünür ki, indi də Elmar Məmmədyarovu dəyişmək istəyirlər. Hətta yerinə 3 namizəd də hazırlayıblar. Namizədlərdən biri uyğun olsa da yerdə qalan ikisi hətta Elmar Məmmədyarovla müqayisədə çox zəif görünürlər”.

Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Demokratiya və Rifah Hərəkatını sədri Qubad İbadoğlu deyib.

“Ermənilər Qarabağda məskunlaşma, infrastukturun qurulması istiqamətində sistemli iş görür, bizimkilər də pandemiya dövründə ölüdən də, diridən də pul qazanmaqla yanaşı korrupsiya ilə mübarizə adı ilə hakimiyyət daxili qrup mövqelərini gücləndirmək üçün dövləti vəzifələr və mənafelər uğrunda bir-birilə savaş aparırlar. Budur, günümüzün acı gerşəkliyi!” – Q.İbadoğlu qeyd edib.

Check Also

Azərbaycan Prezidenti ukraynalı həmkarını COP29-a dəvət edib

Azərbaycan Prezidenti İlham Əliyev ukraynalı həmkarı Volodimir Zelenskini noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə …