Bazar ertəsi , 12 Yanvar 2026
Drone Cameras

Moskvada Azərbaycan və Ermənistan Baş nazir müavinlərinin sədrliyi ilə komissiya iclası keçirilib

Avqustun 30-da Moskvada Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistanın Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiya üzrə Dövlət Komissiyasının və Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın ikinci iclası keçirilib.

İclasdan öncə Rusiya Federasiyası Hökumətinin sədr müavini Aleksey Overçuk, Şahin Mustafayev və Mher Qriqoryanla görüşüb və komissiyaların işinin davam etdirilməsini alqışlayıb. Tərəflər təşkilati və prosedural məsələləri müzakirə edib, komissiyaların gələcək işi və birgə fəaliyyətinin reqlamenti üzrə predmetli fikir mübadiləsi aparıblar.

Görüşün yaxşı təşkilinə görə Rusiya tərəfinə minnətdarlıq ifadə edilib.

Üçüncü görüşün razılaşdırımış vaxtda keçirilməsinə dair razılıq təsdiqlənib.

Check Also

Prezident: Çin və Orta Asiyadan gələn yüklərin Zəngəzur dəhlizi boyunca hərəkət edəcəyini gözləyirik

“Çin və Orta Asiya ölkələrindən gələn yüklərin də Zəngəzur dəhlizi boyunca hərəkət edəcəyini gözləyirik. Təbii …