Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin Moskva vilayətində yerləşən “Dubna” Kosmik Rabitə Mərkəzinə zərbə endirdiyini təsdiqləyib. Musavat.com xəbər verir ki, o, bu barədə özünün “Telegram” kanalında paylaşım edib.
“Bu gün Rusiyaya qarşı uzaqmənzilli zərbələrimiz yenidən Moskva vilayətində yerləşən “Dubna” kosmik rabitə mərkəzinə çatdı. Bu, xüsusilə Rusiyanın Ukraynadakı işğalçı qüvvələrinin kəşfiyyatı və fəaliyyətinin əlaqələndirilməsi üçün istifadə olunan xüsusi peyk rabitəsi obyektidir”, – Zelenski yazıb.
Ukrayna Prezidenti bildirib ki, sözügedən obyekt Ukrayna dövlət sərhədindən təxminən 500 kilometr məsafədə yerləşir.
Qeyd edək ki, bu, son bir ay ərzində “Dubna” Kosmik Rabitə Mərkəzinə ikinci hücumdur. İyunun 22-də də Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı obyektə zərbə endirildiyini açıqlamışdı. Rusiyanın Altay Respublikasında isə iyulun 1-dən sentyabrın 1-nə qədər yanacaq satışına məhdudiyyətlər tətbiq edilib.
Respublikanın Dağlıq Altaysk, Mayminski və Çemalski rayonlarında yanacaqdoldurma məntəqələrində adambaşına gündə 30 litrə qədər benzin və 50 litrə qədər dizel yanacağı satılacaq. Qalan səkkiz rayon və dairədə isə limit müvafiq olaraq 50 və 100 litr olacaq. Bidonla yanacaq doldurulması isə 10 litrlə məhdudlaşdırılacaq.
Rusiya hansı ölkələrdən yanacaq alacağını açıqlamayacaq. Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, Rusiya neft məhsullarının mümkün idxalı ilə bağlı digər ölkələrlə danışıqlar aparır, lakin söhbətin hansı ölkələrdən getdiyini açıqlamayacaq.
TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu gündəmi siyasi tədqiqatçı Çingiz Məmmədovla müzakirə edir.
Boyukmillet.com Biz yanmasaq vətən yanar
