Şənbə , 6 Dekabr 2025
Drone Cameras

Moskvada “Şuşa, sən azadsan!” filminin nümayişi keçiriləcək

Noyabrın 9-da Moskvada “Şuşa, sən azadsan!” filminin nümayişi keçiriləcək.

Boyukmillet.com AZƏRTAC-a istinadən xəbər verir ki, “Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisi” Sərgi-Kompleksində (XTNS) “Azərbaycan” pavilyonunda Dövlət Bayrağı Günü və Zəfər Gününə həsr olunmuş özəl film nümayişi keçiriləcək.

Real hadisələr əsasında çəkilən film Bakı Media Mərkəzi və “Salnaməfilm” studiyasının birgə işidir. Filmin baş prodüsseri Arzu Əliyevadır.

Filmdə müasir hərb tarixinin ən parlaq səhifələrindən biri olan Şuşa əməliyyatının maraqlı təfərrüatları, əməliyyat iştirakçıları ilə müsahibələr, Şuşa şəhəri uğrunda gedən döyüşlərdə çəkilmiş eksklüziv kadrlar öz əksini tapıb.

Tamaşa Azərbaycan dilində keçiriləcək.

Check Also

Əminə Yusifqızı ilə vida mərasimi Təzə Pir məscidində keçiriləcək

Xalq artisti Əminə Yusifqızı ilə vida mərasimi bu gün keçiriləcək. Bu barədə Mədəniyyət Nazirliyindən məlumat …