Çərşənbə axşamı , 7 May 2024
Drone Cameras

Mövlud Çavuşoğlu: “Daha böyük və güclü Türkiyəni formalaşdırmaq məqsədimizə çatacağıq”

“Antalya Diplomatiya Forumu” nəticəsində Antalya diplomatiyanın mərkəzinə çevrilib”.

Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Antalyada media nümayəndələri ilə görüşündə deyib.

O bildirib ki, artıq dünyadakı məsələlər Antalyada müzakirə olunur: “Həmçinin Antalyada yüzlərlə müxtəlif səviyyəli diplomatik görüşlər, müzakirələr keçirilib”.

Nazir xatırladıb ki, hər şeyin kökündə dayanan təhsildir: “Hazırda Antalyada 5 universitet fəaliyyət göstərir və onların sayını 7-ə çatdıracağıq. Məqsədimiz isə Antalyada 10 universitetin olmasıdır”.

M.Çavuşoğlunun sözlərinə görə, Antalyada səhiyyə sahəsində də ciddi işlər görülür: “Türkiyə dünyada turizm sahəsindəki göstəricilərinə görə üçüncü ölkədir. Əlbəttə, bu, heç də təsadüfi deyil, birbaşa olaraq görülən işlərlə bağlıdır. Antalya hava limanları hər il 32 milyon turist qəbul edir”.

M.Çavuşoğlu həmçinin rəsmi Ankaranın xarici siyasət kursu barədə də danışıb: “Dünya dövlətlərinin ölkəmizə inamı, əlbəttə, birdən-birə formalaşmayıb. Bunun üçün illər lazım olub. Bu gün Türkiyə rəqəmsal diplomatiya sahəsində dünyada 5-ci yerdədir. Biz daha böyük və güclü Türkiyəni formalaşdırmaq məqsədimizə çatacağıq”.

Xarici işlər nazirinin sözlərinə görə, bu gün Türkiyə beynəlxalq siyasi aktordur: “Təəssüf ki, bu addımları atanda qarşımızda milli şüura sahib müxalifəti görmürük. Onlar Türkiyəni zəiflətmək istəyənlərə azadlıq vəd verirlər”.

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …