Çərşənbə axşamı , 3 Mart 2026
Drone Cameras

Mövlud Çavuşoğlu: “Ermənistan yenə təxribat törətdi, Türkiyə Azərbaycanın yanındadır”

“Ermənistan təxribatlarını davam etdirir”.

Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“Azərbaycanın torpaqları 30 il işğal altında saxlanılıb. Beynəlxalq qurumlar heç nə etmədi, beynəlxalq hüquq işləmədi. Nəhayət, Azərbaycanın səbri tükəndi. Nəticədə Azərbaycanın ərazi bütövlüyü təmin olundu. Sülh üçün imkan yarandı. Amma Ermənistan dünən növbəti dəfə təxribatlar törətdi.

Ermənistan hər fürsətdə mənfi mövqedə olduğunu ortaya qoyur. Ermənistan bilir ki, Azərbaycan olmadan rəsmi Ankara ilə İrəvan arasında əlaqələrdən söhbət getmir və getməyəcək. Türkiyə Azərbaycanın yanındadır”, – o bildirib.

Check Also

XİN Azərbaycan vətəndaşlarını İsrailə səfərdən çəkinməyə çağırır

Azərbaycan Xarici İşlər Nazirliyi İran ətrafında müşahidə olunan mövcud gərginlik fonunda ölkə vətəndaşlarını İsrailə səfərdən …