Bazar , 11 Yanvar 2026
Drone Cameras

Mövlud Çavuşoğlu: “İƏT regionu əhəmiyyətli turizm məkanı olma potensialına malikdir”

“İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində qarşılıqlı əməkdaşlığımızı inkişaf etdirməyimiz lazım olan digər sahə turizmdir. İƏT regionu təbii və tarixi gözəllikləri ilə əhəmiyyətli bir turizm məkanı olma potensialına malikdir.”

Boyukmillet.com xəbər verir ki, bunu bu gün keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının xarici işlər nazirlərinin Toplantısında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Nazir bildirib ki, Türkiyədə başlatılan “təhlükəsiz turizm” təşəbbüsü kifayət qədər uğurlu olub: “BMT-nin Dünya Turizm Təşkilatının Baş Assambleyasının keçiriləcəyi yer olaraq Səmərqənd şəhərinin namizədliyini də dəstəkləyirik. Diplomatik nümayəndəliklərə Səmərqəndi dəstəkləmələrini tapşırmışıq. Səmərqəndin seçilməsi region üçün əhəmiyyətli uğur olacaq”.

Check Also

Azərbaycanın turizm imkanları MDB ölkələrində təqdim olunub

Dövlət Turizm Agentliyinin tabeliyində olan Azərbaycan Turizm Bürosu 18-25 avqustda Özbəkistanın Daşkənd, Qazaxıstanın Astana və …