Cümə , 13 Mart 2026
Drone Cameras

Mövlud Çavuşoğlu: “Rusiya və terror qruplaşmaları NATO üçün təhdiddir”

“Bir terror təşkilatı ilə mübarizə aparmaq üçün başqa terror mənbəyi ilə əməkdaşlıq etmək doğru deyil”.

Boyukmillet.com-un xəbərinə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu fevralın 20-də Ankarada ABŞ-ın dövlət katibi Antoni Blinkenlə birlikdə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, bu gün NATO üçün iki təhdid var: “Bunlardan birincisi Rusiya, ikincisi terrordur. Ona görə də biz PKK ilə mübarizə üçün İŞİD-lə əməkdaşlıq etmirik. Terrorçuların hansı ideologiyaya xidmət etməsinin bizim üçün fərqi yoxdu”.

M.Çavuşoğlu xatırladıb ki, terrorçulara qarşı birgə mübarizə aparılmalıdır.

Check Also

Vensə Qarabağla bağlı kitab hədiyyə etdi – Paşinyan işdən çıxardı

Ermənistanın Baş naziri Nikol Paşinyanın qərarı ilə “erməni soyqırımı muzeyi”nin direktoru Edita Qzoyan vəzifəsindən azad …