Şənbə , 27 Aprel 2024
Drone Cameras

Mövlud Çavuşoğlu: “Taliban”dan bizə heç bir dəvət gəlməyib”

“Bizə Əfqanıstanda yeni hökumətin elan olunması ilə bağlı keçiriləcək tədbirə heç bir dəvət gəlməyib”.

Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

“Əfqanıstanda yeni hökumət bütün qrupları əhatə etməlidir, əhatəedici olmalıdır. Sadəcə, “Taliban”dan ibarət, sadəcə puştun etnik qrupuna mənsub şəxslərdən təşkili doğru olmaz. Bu düşüncələrimizi “Taliban”la da paylaşmışıq”, – o deyib.

M.Çavuşoğlu Əfqanıstandan miqrasiya dalğası məsələsinə də toxunub: “Məqsəd əfqanıstanlıları öz ölkəsində saxlamaqdır. Amma bu, məcburi olmamalıdır. Orada aclıq təhlükəsi, iqtisadi sıxıntılar var. Ötən il üç milyon insan Əfqanıstanı tərk edib. İndi əsasən Pakistana, Tacikistana, İrana gedirlər. İrana gələnlərin bir qismi də bizim ölkəyə köç edir. Sadəcə məsələyə təhlükəsizlik və humanitar baxımından yanaşmaq olmaz. Hər ikisini sintezləmək lazımdır. Hamı Türkiyəyə böyük miqrant axınından danışır. Amma gedənlərdən danışan yoxdur. 450 min suriyalını ölkəsinə göndərmişik. Pakistana və başqa mənbə ölkələrə də göndərmişik”.

“İranla Əfqanıstandan miqrant dalğası ilə bağlı məsələdə hər hansı razılaşma yoxdur. Amma sərhədlərdə jandarm və digər qüvvələrimizin gördüyü güclü tədbirlər var. Qanunsuz miqrantların Türkiyəyə girişinin qarşısını almaq üçün addımlar atılır. İranın da tədbirlər görməsini istəyirik. Avropa İttifaqı ilə də miqrantlarla bağlı razılaşmada dəyişikliklər edilməlidir”, – nazir vurğulayıb.

Check Also

Rəhman Mustafayev: Bakı ilə İrəvan arasında səmimi danışıqlar müsbət nəticələrə gətirib çıxara bilər

Azərbaycanla Ermənistan arasında səmimi və dürüst danışıqlar müsbət nəticələrə gətirib çıxara bilər. Boyukmillet.com xəbər verir …