Bazar ertəsi , 5 Oktyabr 2026
Drone Cameras

Müəllimlərin orta aylıq əməkhaqqı məbləği açıqlandı

“2014-cü illə müqayisədə müəllimlərin orta aylıq əməkhaqqı 4 dəfəyə qədər artıb”.

Boyukmillet.com xəbər verir ki, bu fikirləri “Sertifikatlaşdırma: səriştəli müəllim – keyfiyyətli təhsil” mövzusunda tədbirdə elm və təhsil naziri Emin Əmrullayev bildirib.

Nazirin sözlərinə görə, müəllim heyəti üzrə orta aylıq əməkhaqqı 1030 manatdır:

“Bir sıra müəllimlərin həftəlik dərs yükünün kəskin aşağı olması orta aylıq əməkhaqqı məbləğini azaldır. 14 372 nəfərin orta dərs saatı 8 saatdır, əməkhaqqı isə 500 manata qədərdir. 1426 nəfər isə 34 saat dərs deməyə görə 2000 manat və daha artıq əməkhaqqı alır”.

Nigar Həsənli

Check Also

Burada maşınların hərəkəti tamamilə qadağan ediləcək

İçərişəhər qoruq ərazisində nəqliyyatın hərəkət sxemi yenilənir.  Boyukmillet.com xəbər verir ki, bu barədə İçərişəhər Dövlət …