Cümə , 22 Noyabr 2024
Drone Cameras

Mübariz Mənsimova daha bir pis xəbər Moskvadan gəldi

“Rusiya və bu ölkənin şirkətləri Mübariz Mənsimovun oğurladığı vəsaitlərin qaytarılmasını tələb edə bilər”.

Boyukmillet.com xəbər verir ki, bunu “Report”a rusiyalı politoloq Yevgeniy Mixaylov Türkiyədə azərbaycanlı iş adamı Mübariz Mənsimovun həbs edilməsini şərh edərkən deyib.

“Məlum olduğu kimi, Rusiyanın səbri çoxdur, amma bir gün qanunları pozaraq dövlətdən milyardlarla vəsait oğurlayanlar layiqli cəzalarına çatırlar. Mübariz Mənsimovun da iri məbləğdə törətdiyi vergi cinayətləri nə onun özü üçün, nə də Rusiya büdcəsi üçün təsirsiz ötüşüb.

Yəqin ki, onun Türkiyədə saxlanılması həm də Moskvadan göndərilmiş sorğu əsasında ola bilər. Əgər belə olubsa, Rusiya tərəfi, çox güman ki, onun ölkəmizdə də törətdiyi vergi cinayətlərinə dair çox sayda təkzibolunmaz dəlillər təqdim edib”.

Rusiyalı politoloq onun daha əvvəl çalışdığı Rostov-Don şəhərində M.Mənsimova məxsus şirkətlərdən birinin qeydiyyatda olduğunu bildirib: “2012-2013-cü illərdə Rusiyada iş adamları kütləvi şəkildə vergidən yayınmaq üsullarından yararlanırdı. İndi də bütün bunlar məntiqi nəticəyə gətirib çıxarır.

Türkiyəli iş adamı da sadəcə vəziyyəti başa düşməyib və, məncə, yerinə yetirə bilməyəcəyini bilə-bilə öhdəliklər götürüb, yəni açıq-aşkar dələduzluqla məşğul olub”.

O, hazırda Rusiya ilə Türkiyə hüquq-mühafizə orqanları arasında qarşılıqlı əməkdaşlığın olduğunu söyləyib:

“Bu halda iş adamının Rusiyaya təhvil veriləcəyi inandırıcı görünməsə də, şübhə etmirəm ki, Türkiyə tərəfinin xoş məram göstərəcəyi halda həm ölkəmizin, həm də aldadılmış şirkətlərin pulları qaytarıla bilər.

Ölkələrimizin prezidentləri də dəfələrlə sübut ediblər ki, Rusiya ilə Türkiyə uzunmüddətli əməkdaşlığı qarşıya məqsəd qoyublar”.

Check Also

Azər Qasımlımın ölkədən çıxışına qadağa qoyulub

O, Bakı Hava Limanından xaricə buraxılmayıb Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlının ölkədən çıxışına qadağa …