Cümə , 22 Noyabr 2024
Drone Cameras

Mübariz Mənsimovun ətrafındakı halqa getdikcə daralır – VİDEO

Qubad İbadoğlunun həbsindən və Türkiyədə saxlanılaraq Azərbaycana gətirilən Fazil Qasımovun vasitəsilə şəbəkələşən FETÖ-çü dəstənin ilkin ifşasından sonra bir məqam xüsusilə diqqətçəkən oldu. Xaricdə fəaliyyət göstərən anti-Azərbaycan ünsürlərin fəallaşması.

Sözügedən ünsürlərin canfəşanlığından asanlıqla anlaşılır ki, onlara tələm-tələsik tapşırıqlar verilib və onlar diqqət yayındırmaq, gündəmi dəyişmək və cılız qisasçılıq niyyəti ilə nə isə etməyə çalışırlar.

FETÖ-nün önəmli elementlərindən biri olduğu artıq heç bir şübhə doğurmayan iş adamı Mübariz Mənsimovun bu prosesdəki rolu, Qubad İbadoğlu ilə birlikdə Fətullah Gülənlə əlaqələri və ondan aldıqları təlimatlar üzrə birgə fəaliyyətləri Fazil Qasımovun həbsi ilə danılmaz faktlarla təsdiqləndi.

Hazırda istintaq olduqca dərin və geniş bir şəkildə davam etməkdədir. İbadoğlu və Qasımovun ifadələri ilə Azərbaycanda və Türkiyədə növbəti həbslərin olacağı gözlənilir.

Mübariz Mənsimovun ətrafındakı halqa da getdikcə daralır. Özünü üzdə soyuqqanlı aparmağa çalışan Mənsimovun panikada olmasını isə yemlədiyi ünsürlərin pərakəndə sərsəmləmələrindən duymaq olur. Amma necə deyərlər, “qorxunun əcələ faydası yoxdur”. Heç bir çirkin əməl və cinayət gizli qalmır, hər kəs əvvəl-axır öz layiqli cəzasını alır.

Daha ətraflı Baku TV-nin süjetində:

Check Also

Azər Qasımlımın ölkədən çıxışına qadağa qoyulub

O, Bakı Hava Limanından xaricə buraxılmayıb Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlının ölkədən çıxışına qadağa …