Cümə , 19 İyun 2026
Drone Cameras

Mübariz Qurbanlı: COP29-u siyasiləşdirmək dünyada aparılan iqlim dəyişikliyi ilə mübarizə tədbirlərinə kölgə salmaqdır

COP29 kimi önəmli tədbiri siyasiləşdirmək dünyada aparılan iqlim dəyişikliyi ilə mübarizə tədbirlərinə kölgə salmaqdır.

Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Mübariz Qurbanlı parlamentdə keçirilən “COP29-a qarşı hibrid təhdidlər” mövzusunda ictimai müzakirədə deyib.

Onun sözlərinə görə, Azərbaycana qarşı informasiya təhdidlərinin arxasında duran əsas məqsəd ölkənin inkişafını ləngitməkdir: “Bu məsələni Prezident İlham Əliyev də çıxışında vurğulayıb. Hazırda dünya problemlərinin ilk sırasında iqlim dəyişiklikləri məsələsi dayanır. Bəşəriyyətin ən böyük təhdidlərindən biri də məhz budur. Ona görə də Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası tərəfindən “COP29-a qarşı hibrid təhdidlər” mövzusunda hazırlanan təqdimat müxtəlif dillərdə hazırlanmalı, yayımlanmalıdır”.

Check Also

İran müharibəsinin hamı üçün dərsləri, rejim İran xalqına borclu düşdü… Aydın QULİYEV yazır…

İrana 40 günlük birləşmiş ABŞ-İsrail təcavüzündən tarixdə qalacaq ilk dərslər nə olacaq? 1. Tramp İranda unutmayacağı, …