“Türk dövlətlərinin birləşməsi digər dövlətlərə qarşı çevrilməyib”
Boyukmillet.com xəbər verir ki, bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “Türk-İslam irsinin zənginliyi və onun zamanımızın aktual problemləri qarşısında dəyəri” mövzusunda keçirilən konfransda deyib.
O bildirib ki, bu gün İslam dünyasının mövcud durumu birlik və vəhdəti çox zəruri edib:
“Türk Dövlətləri Təşkilatının yaranması və tərəqqisi yolunda Azərbaycan və Türkiyənin rolu əvəzedilməzdir”.
Onun sözlərinə görə, sovetlər dağılandan sonra türk dünyasının bir araya gəlməsindən ötrü bir sıra addımlar atılıb:
“Türk dövlətlərinin birləşməsi digər dövlətlərə qarşı çevrilməyib. Bunu başqa istiqamətə yönləndirmək istəyənlər var. Ancaq bilsinlər ki, bu, sülhə və tərəqqiyə xidmət edir”.