Bazar ertəsi , 9 Fevral 2026
Drone Cameras

Müdafiə Nazirliyinin nümayəndələri Rəşad Atakişiyevin məzarını ziyarət edib

Müdafiə nazirinin tapşırığına əsasən, təlim-məşq uçuşları zamanı qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin hərbi pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin həlak olmasının ildönümündə Nazirliyin nümayəndələri tərəfindən onun məzarı ziyarət olunub, əklil qoyulub və xatirəsi ehtiramla yad edilib.

Bu barədə Open.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Anma mərasimində Hərbi Hava Qüvvələrinin zabiti, polkovnik Elşad Pənahov çıxış edərək R.Atakişiyevin Azərbaycan Ordusunda xidmət etdiyi müddət ərzində özünü peşəkar, nümunəvi, vətənpərvər zabit kimi göstərdiyini və onun xidmətlərinin həmişə yüksək qiymətləndirildiyini qeyd edib.

Check Also

Hərbi xidmətdən möhlət alan şəxslərin bəzi hallarda ölkədən çıxışına məhdudiyyət qoyula bilər – EKSKLÜZİV

Hərbi xidmətdən möhlət hüququ verilən vaxtın başa çatmasına az qalan şəxslərin ölkədən çıxışına məhdudiyyət qoyula …